Advertisement

Şəmkirdə baş verən qəzada xəsarət alanların adları məlum olub

Şəmkirdə baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 2008-ci il təvəllüdlü E. Cəbiyev, 2007-ci il təvəllüdlü E. Səfxanov və 2010-cu il təvəllüdlü R. Alıyevdir.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

07:07

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “MAZ” markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı Z. Səmədov hadisə yerində ölüb. 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.