
Rumıniyanın Müdafiə Nazirliyi ABŞ-dan milyardlarla dollarlıq hərbi texnika alınması üçün ölkə parlamentinə müraciət edib.
APA xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, ABŞ hərbi texnikasının alınması “Əsas Döyüş Tankı” proqramı çərçivəsində həyata keçiriləcək.
İlkin mərhələdə alınan texnika və avadanlıqların məbləği 458 milyon dollardan çox olacaq.
İkinci mərhələdə isə Rumıniya 6,5 milyard dollara 216 Abrams tankını alaraq silahlı qüvvələrinin tank və piyada bölmələrini təchiz edəcək.
Logistika dəstəyi və təlim avadanlıqlarının alınması da bu məbləğə daxildir.



























