
Almaniya kansleri Fridrix Merz və Macarıstanın baş naziri Viktor Orban Ukraynaya dəstək və təhlükəsizlik məsələlərində fikir ayrılığı yaşayıb.
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, insident Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı Avropanın Rusiya təhdidlərindən daha yaxşı qorunması və Ukraynaya dəstək yollarının müzakirəsi zamanı baş verib.
Mənbələrin sözlərinə görə, Merz Orbana qarşı sərt tənqid səsləndirib və onu ittifaqın təhlükəsizliyini təmin etmək səylərini pozmaqda günahlandırıb.



























