
“Qərbin dəstəyi olmadan Ukrayna təkbaşına Rusiya qüvvələrinin irəliləyişini dayandıra bilməz.”
APA xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.
“Ukraynanı dəstəkləməyə davam etsək, o, daha çox ərazini azad edib Rusiyanı daha da geri çəkə biləcək. Amma təbii ki, o, bunu təkbaşına edə bilməz”, – Kallas bildirib.
O, yenidən Kiyevə yardımın, o cümlədən silah təchizatının artırılmasını müdafiə edib.



























