
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Çarentsavandakı kilsədə törədilən qətldə şübhəli bilinən şəxsi saxlayıblar.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mərbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 11-də Çarentsavan sakini, 57 yaşlı Andranik G. bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və daha sonra xəstəxanada ölüb.
Qətldə şübhəli bilinən şəxs psixiatriya klinikasında qeydiyyatda olan 26 yaşlı kişidir.
Kilsədə dəfn mərasimi zamanı o, mərhumun qohumlarından birini bıçaqlayıb.



























