
ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə İsrailin atəşkəs razılaşmasına əməl etdiyini yoxlamaq üçün oktyabrın 11-də Qəzza zolağına səfər edib.
APA xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.
“Admiral Kuper, Jared Kuşner və mən İsrailin sazişin birinci mərhələsinə əməl edib-etmədiyini yoxlamaq üçün bu gün Qəzza zolağına səfər etdik. Bizə İsrailin təhlükəsizlik, humanitar və münaqişələrin qarşısının alınması səyləri haqqında ətraflı hesabatlar təqdim olundu”, – Uitkoff yazıb.
Qeyd edək ki, oktyabrın 10-da İsrail ordusu Qəzzada atəşkəsin qüvvəyə mindiyini və qoşunların yenilənmiş dislokasiya xətləri üzrə mövqe tutduğunu elan edib.



























