Advertisement

Rusiya və Ukrayna əsirlər üçün bağlamaların mübadiləsi barədə razılığa gəliblər

Rusiya və Ukrayna insan hüquqları üzrə müvəkkilləri Tatyana Moskalkova və Dmitri Lubinets hərbi əsirlər üçün bağlamaların mübadiləsi barədə razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya ombudsmanı Tatyana Moskalkova məlumat verib.

Artıq rus və ukrayna hərbi əsirlərinə göndəriləcək bağlamalar və məktublar hazırlanır.