Advertisement

Almaniya İsrailə hərbi ixracla bağlı qərarını dəyişə bilər

“Almaniya hökuməti İsrailə bəzi hərbi ixracatın dayandırılması qərarı ilə bağlı vəziyyəti yenidən qiymətləndirəcək”.

APA xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbeyl məlumat verib.

Avqustun 8-də Almaniya kansleri Fridrix Merz hökumətin Qəzza zolağında istifadə oluna biləcək hərbi texnikanın İsrailə ixracı üçün növbəti bildirişə qədər icazə verməyəcəyini açıqlayıb.

DPA xəbər agentliyinin məlumatına görə, Almaniya o vaxtdan bəri İsrailə silah ixracı üçün bir dənə də olsun icazə verməyib.

Klinqbeyl ARD televiziya kanalına verdiyi müsahibədə “Biz vəziyyəti yenidən qiymətləndirəcəyik”, – deyə bildirib.