
Bakı. Trend:
Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var.
Bu barədə Trend-ə Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində
yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə
sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional
Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük
avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və
“KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış
nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci
il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək
təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

























