
Bakı. Trend:
Xaçmaz şəhərində orta məktəb binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi
sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta
məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3
ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri
yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























