Advertisement

5 yaşlı uşağı maşın vurub öldürdü

Bakı. Trend:

Ağdaşda 5 yaşlı uşağı maşın vurub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri
ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı
avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu
vurub.

Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada
vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.