
Bakı. Trend:
Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi
ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı
avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov
Mürsəl Əziz oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

























