Advertisement

Binəqədidə yük və minik maşınları toqquşub: ölən var

Bakı. Trend:

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə,
hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev
Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili
ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta”
markalı avtomobil toqquşub. Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli
xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına
yerləşdirilib.

M.Allahverdiyev aldığı xəsarətlərdən müalicə olunduğu
xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.