
Bakı. Trend:
Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki
yeganə körpünü sel aparıb.
Trend xəbər verir ki, iki
gündür yağan leysan yağışları körpünün uçmasına səbəb olub.
Belə ki, Ağqışlaq və Şingədulan kəndləri ərazisində, Ağçay çayı
üzərində beton konstruksiyalı və dəmir borularla salınan körpünün
uçması nəticəsində həmin kəndlərin sakinlərinin Masallı rayonu ilə
əlaqəsi tamamilə kəsilib.
Qeyd edək ki, Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir
yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə
şimal-qərb küləyi arabir güclənib.

























