Advertisement

Ağdamda mina partlayıb: xəsarət alan var

Bakı. Trend:

Ağdamda mina hadisəsi baş veri.

Trend xəbər verir ki,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və
Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Belə ki, 2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı
kəndi ərazisində mina hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il
təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti
yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə
minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırır!