Advertisement

Qobustanda ağır yol qəzasında maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edilib (VİDEO)

Bakı. Trend:

Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə Fövqəladə Hallar Nazirliyinin (HN) “112” qaynar
telefon xəttinə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən
bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “VAZ-2107″ markalı minik avtomobili ilə “KİA-Ceed”
markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza
hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin
sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü
il təvəllüdlü Baxışov Kamil Ceyfun oğlunu xilas edərək təcili tibbi
yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.