
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
avtomobil qəzası nəticəsində bir nəfərin Turquçayın Kəlbəcər
rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə
məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla
əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb
edilib.
Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini
1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı
ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

























