Advertisement

Naxçıvanda yol qəzası: yaralananlar var

Bakı. Trend:

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza
Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə
alınıb.

Belə ki, hadisə zamanı iki avtomobil toqquşub və nəticədə 3
nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il
təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü
Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu
Vüqar qızı Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.