Advertisement

Bakıda mənzildə meyit tapılıb – Trend.Az

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli
Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.