Advertisement

Samuxda 3 ton 100 kq çətənə bitkisi məhv edilib

Bakı. Trend:

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv
edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının
“Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə
rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4
950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.