Advertisement

Viktor Orban Rusiyaya işgüzar səfər edib

Macarıstan Baş naziri Viktor Orban Rusiyaya işgüzar səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi açıqlama yayıb.

Macarıstan Baş nazirinin təyyarəsi Moskvanın “Vnukovo-2” hava limanına enib.

Orbanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.