
2010-cu ildə Qırğızıstanın Oş vilayətində baş verən kütləvi iğtişaşlar zamanı milis əməkdaşlarını qətlə yetirən şəxs Moskvada tutulub.
APA-nın “Sputnik Qırğızıstan”a istinadən xəbərinə görə, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Həmin şəxsin artıq Bişkekə gətirildiyi açıqlanıb.
Qeyd edək ki, sözü gedən hadisələr zamanı 400 nəfərdən çox insan həlak olub.



























