
Ermənistanın müdafiə naziri İran səfiri Mehdi Sübhani ilə ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
APA-nın “Armenia Today” saytına istinadən xəbərinə görə, görüşdə regional təhlükəsizliklə bağlı məsələlər də diqqət mərkəzində olub.
O da bildirilib ki, danışıqlarda İran Səfirliyinin Ermənistandakı hərbi attaşesi Məhəmməd Nəcəfi də iştirak edib.



























