Advertisement

Rusiya və Hindistan kosmosda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

Rusiya və Hindistan danışıqlar əsnasında kosmik sektorda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rusiya-Hindistan: güclü və genişlənən tərəfdaşlıq” XXII Rusiya-Hindistan illik sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.

“Tərəflər raket mühərriklərinin inkişafı, istehsalı və istifadəsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərini öyrənmək barədə razılığa gəliblər”, – sənəddə deyilir.