Advertisement

Ağstafada 60 yaşlı kişini tok vuraraq öldürüb

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində baş verib.

Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrəverdiyevi yaşadığı evdə elektrik naqilərini düzəldən zaman tok vurub.

60 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.