Advertisement

Rusiyada sərnişin qatarı relsdən çıxıb, yaralılar var

Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

APA-nın “mk.ru” istinadən xəbərinə görə, hadisə nəticəsində sərnişinlər arasında yaralıların olduğu bildirilsə də, dəqiq say açıqlanmayıb.

Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.