Vladimir Putin mübadilə müqaviləsi çərçivəsində bu gün azadlığa buraxılan hər kəsin əfv edilməsi haqqında fərman imzalayıb.
APA xəbər verir ki, Rusiya prezidenti Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrovu əfv edib.
Belarus prezidenti bundan əvvəl ölüm cəzasına məhkum edilmiş Riko Krigeri əfv edib. Onun da azad edilərək Almaniyaya göndərildiyi bildirilir.


























