Advertisement

Lukaşenko Belarusun istənilən təhlükənin qarşısını almağa tam hazır olduğunu bildirib

Belarus istənilən təxribatın qarşısını almaq üçün bütün imkanlara malikdir.

APA-nın BELTA-ya istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələlərinə dair müşavirədə bildirib.

“Biz Belarusa qarşı istənilən təhlükənin qarşısını almağa tam hazırıq. Belə başa düşürəm ki, mümkün təxribatların – mən “hücum” və ya “zərbə” sözlərindən istifadə etmək istəmirəm -qarşısını almaq üçün bütün imkanlarımız var”, – Lukaşenko vurğulayıb.