Advertisement

Rusiya HHM Belqorod səmasında PUA-nı zərərsizləşdirib

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə vasitələri Belqorod vilayəti üzərində Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirib.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.