
Livan Yaxın Şərqdəki münaqişənin həlli üçün Rusiyadan diplomatik yardım istəyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Livanın Rusiya Federasiyasındakı səfiri Şavki Bu Nassar deyib.
Onun sözlərinə görə, Moskva Livana diplomatik yardım göstərmək üçün artıq dünya ölkələrinə telefon zəngi etməyə başlayıb.



























