Advertisement

Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır

Türkiyə və Suriya hökümətləri dialoqun bərpasına ciddi maraq göstərdiklərini nümayiş etdirir, Rusiya bu danışıqların yenidən başlanmasına fəal şəkildə töhfə verəcək.

APA xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısının bildirdiyinə görə, Dəməşq və Ankaranın mövqelərində əvvəllər olan fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub.