Advertisement

Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maltaya səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da keçiriləcək iclasında iştirak etmək üçün Valletaya işgüzar səfərə gedib.

Qeyd edək ki, Ukrayanda xüsusi hərbi əməliyyat (müharibə-red) başlayandan bəri ilk dəfərdir ki, Rusiya XİN başçısı Avropa İttifaqı ölkəsinə səfər edib.