
Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə “Ria Novosti” məlumat yayıb.
Ötən gün saxlanılan həmin şəxslər hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.



























