Advertisement

Rusiya Polşa vasitəsilə Aİ-yə qaz tədarük etməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Polşa vasitəsilə Avropa İttifaqına qaz tədarük etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin Rusiyanın Aİ-yə qaz tədarükündən imtina etmədiyini, Polşa üzərindən hazır marşrutun çəkildiyini vurğulayıb.

“Problem ondadır ki, Varşava Yamal-Avropa qaz kəmərini bağlayıb. Buyurun, şaha açın, tədarükə başlayaq”, – Putin vurğulayıb.