Advertisement

Moskvada keçmiş elektrik zavodunun binası yanır

Moskvada keçmiş elektrik zavodunun binasında yanğının söndürülməsi istiqamətində səylər davam edir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, indiyə qədər 90 nəfər xilas edilib.

***

saat 19.037

Moskvada keçmiş elektrik zavodunun binası yanır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, binada rəqs studiyası və yaradıcılıq emalatxanası yerləşir.

Yanğınsöndürənlər indiyə qədər 40 nəfəri xilas ediblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva İdarəsindən bildirilib ki, binada alovların əhatəsində qalan insanlar var, onlar pəncərədən çıxmaq üçün yardım istəyirlər.