Advertisement

Putin Sumıdakı konqres mərkəzinə raket hücumuna münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin Sumıdakı konqres mərkəzinə hücuma münasibət bildirib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Putin bunu “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində cinayət törətmiş hərbçilərinin orada mükafatlandırılması ilə” izah edib.

Qeyd edək ki, aprelin 13-də Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub, yüzlərlə insan yaralanıb.