Rusiyanın Vladimir vilayətində partlayışlar baş verib.
APA “Baza” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə yerli sakinləri sosial şəbəkələrdə partlayışların videolarını yayımlayıblar.
Hadisə vilayətin Kirjaçsk rayonunda baş verib.
Yerli sakinlərin sözlərinə görə, partlayışlar hərbi hissənin ərazisində qeydə alınıb.
Vladimir vilayətinin qubernatoru Avdeev partlayışın baş verməsini təsdiqləyib. O, başçısı jurnalistlərə və bloggerləri cərimə ilə hədələyərək rəsmi məlumat istisna olmaqla, əlavə məlumat yaymamağı tələb edib.
Onun sözlərinə görə, hadisə yerində aidiyyət qurumlarişləyir. Ətraflı məlumat daha sonra veriləcək.
Baş verən partlayışlardan sonra yeddi yaşayış məntəqəsinin sakinləri təxliyə olunur. Həmin yaşayış məntəqələri partlayış yerindən 5 kilometr radiusda yerləşir.


























