Advertisement

Rusiya XİN başçısı: ABŞ-la konstruktiv dialoqda maraqlıyıq

“Rəsmi Moskva Vaşinqtonla münasibətləri tərəfdaşlarına zərər vurmadan inkişaf etdirəcək”.

APA TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

O, ölkəsinin Vaşinqtonla dialoq imkanlarını da dəyərləndirib:

“Yaxın vaxtlarda hər kəs görəcək ki, Rusiya ilə ABŞ qarşılıqlı olaraq konstruktiv dialoqda maraqlıdır”.