Advertisement

Putinin helikopteri Kurskda Ukraynanın PUA hücumunun episentrində olub

Mayın 20-də Rusiya prezidenti Vladimir Putinin olduğu helikopter Kursk vilayətinə səfəri zamanı Ukraynanın kütləvi PUA hücumunun episentrində olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.

Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qoşunları eyni vaxtda həm döyüş aparıb, həm də prezidentin helikopterinin havada təhlükəsizliyini təmin edib.