Advertisement

Moskvada avtomobil insan izdihamına çırpılıb, yaralananlar var

Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Berejkovskaya sahil yolunda baş verib

Məlumata görə, azı 6 nəfər xəsarət alıb, onlardan ikisi 8 və 10 yaşlı uşaqdır.

Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qəza yerindən qaçıb.