Advertisement

Rusiyanın HHM sistemləri 25 Ukrayna PUA-sını vurub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 25 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, dronlardan 12-si Rostov vilayəti üzərində, 8-i Bryansk vilayətində, 2-si Kalujskaya vilayəti və daha 2-si Moskva vilayəti üzərində vurulub.

Daha bir PUA isə Krım ərazisində məhv zərərsizləşdirib.