Advertisement

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub – Trend.Az

Bakı. Trend:

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun
Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz
Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən
atəşə tutulub.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat
yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri
tərəfindən adekvat cavab tədbirləri görülüb.