Advertisement

Qobu və Mehdiabad qəsəbələrində sursatlar aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat
aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan
təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə
83 ədəd 7×62 mm-lik mərmi, 62 ədəd 5×45 mm-lik mərmi, 17 ədəd F-1
əl qumbarası və 17 ədəd UZRQM partladıcısı olduğu müəyyən
edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.