Bakı. Trend:
2024-ci ilin may Azərbaycandan Türkiyəyə 75 min 474 turist səfər
edib ki, bu da 2023-cu ilin mayı ilə müqayisədə 30,39 faiz
çoxdur.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Mədəniyyət və Turizm
Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında
Azərbaycan vətəndaşlarının payı 1,47 faiz təşkil edib.
2024-ci ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 334
215 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 31,64 faiz azdır.
2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş
əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,12 faiz
təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may
Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən
ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist
səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz
çoxdur.





























