Bakı. Trend:
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi
üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində
keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs
olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4
(mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət
alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı
sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.





























