
Moskvanın keçmiş mədəniyyət naziri Aleksandr Kibovski dələduzluq və rüşvətxorluq ittihamı ilə həbs edilib.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, o, yüksək vəzifədə işlədiyi 2015-2023-cü illərdə dövlət satınalmaları zamanı külli-miqdarda büdcə vəsaitini mənimsəyib.
Qeyd edək ki, son dövrlər A. Kibovski Moskva Meriyasının Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə mədəni əlaqələrindən məsul olub.



























