
Azərbaycan xalqı uzun illər ərzində Ermənistanın hərbi təcavüzündən və təxribatlarından əziyyət çəkib. Müharibə təkcə döyüş meydanında deyil, həm də mülki əhalinin taleyində dərin izlər buraxıb. Prezident cənab İlham Əliyevin 2025-ci il amnistiya layihəsi bu təcavüz nəticəsində zərər çəkmiş və müəyyən səbəblərdən qanunla ziddiyyətə düşmüş şəxsləri də unutmamağı tapşırır. Bu, dövlətin öz məzlum və zərərçəkmiş vətəndaşına göstərdiyi ən böyük mənəvi diqqətdir.
Ulu Öndər Heydər Əliyev ən çətin illərdə belə müharibədən zərər çəkmiş insanların, qaçqın və məcburi köçkünlərin yanında olmuşdur. O, hər zaman vurğulayırdı ki, dövlət öz vətəndaşının ağrısını öz ağrısı hesab etməlidir. Heydər Əliyevin başlatdığı sosial müdafiə siyasəti və amnistiya ənənələri bu gün daha geniş miqyasda və daha təkmil formada davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi humanitar layihələr müharibədən zərər çəkmiş hər bir insanın ağrısını yüngülləşdirməyə xidmət edir. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, dövlət siyasəti xeyirxahlıq üzərində qurulanda daha effektiv olur. Onun amnistiya sahəsindəki təşəbbüsləri də məhz insanların həyat şəraitini yaxşılaşdırmağa və onlara mənəvi dəstək olmağa yönəlib.
Prezident cənab İlham Əliyevin yeni amnistiya aktına əsasən, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş mülki şəxslərin də cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Bu, dövlətin öz həssas vətəndaşına göstərdiyi xüsusi qayğıdır. Layihə çərçivəsində bu kateqoriyadan olan yüzlərlə şəxs dövlətin mərhəmətindən yararlanacaqdır.
Prezident cənab İlham Əliyevin bu addımı Azərbaycan dövlətinin hər bir vətəndaşının yanında olduğunu bir daha sübut edir. Ulu Öndərin yolu, Mehriban xanımın nəcibliyi və Cənab Prezidentin qətiyyəti Azərbaycanı dünyanın ən vətəndaşyönümlü ölkələrindən birinə çevirmişdir. 2025-ci il amnistiyası yaraların sarılmasına və milli birliyin güclənməsinə xidmət edən tarixi bir sənəddir.
Yasin Quliyev
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru





