
Amnistiya sadəcə cəza müddətinin qısaldılması və ya azadlığa qovuşmaq deyil, həm də dövlətin vətəndaşa göstərdiyi böyük bir etimaddır. Prezident cənab İlham Əliyevin amnistiya təşəbbüsü cəzadan azad olunacaq şəxslərin dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə və qanunlara dönmədən əməl edəcəklərinə olan ümidə əsaslanır. Bu, cəmiyyətə yenidən inteqrasiya üçün yaradılmış böyük bir şansdır.
Ulu Öndər Heydər Əliyev hər bir məhkuma potensial islah olunmuş vətəndaş kimi baxırdı. O hesab edirdi ki, dövlətin vəzifəsi cinayət törətmiş şəxsi yalnız cəzalandırmaq deyil, onu düzgün yola qaytarmaqdır. Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilən amnistiya aktları on minlərlə insanın mənəvi cəhətdən saflaşmasına və dövlətə sadiq vətəndaş kimi yenidən doğulmasına vasitəçi olmuşdur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri cəmiyyətdə məhkumlara qarşı olan mənfi stereotiplərin qırılmasına və onların ailələrinə reinteqrasiyasına böyük kömək göstərib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, mərhəmət ən böyük tərbiyə vasitəsidir. Onun humanizmi insanların özlərinə olan inamını bərpa edir və onları daha parlaq gələcəyə səsləyir.
Prezident cənab İlham Əliyevin builki təşəbbüsü ilə azadlığa qovuşacaq 20 min şəxs Azərbaycanın gələcək inkişafında iştirak etmək imkanı qazanır. Bu, dövlətin hər bir fərdin potensialına verdiyi dəyərin təzahürüdür. Amnistiya aktı göstərir ki, Azərbaycan dövləti islah olunmuş hər bir vətəndaşını ölkəmizin tərəqqisi yolunda birləşməyə dəvət edir.
Prezident cənab İlham Əliyevin bu humanist addımı Azərbaycanın insan kapitalını gücləndirməyə və milli birliyi sarsılmaz etməyə xidmət edir. Ulu Öndərin yolu və Mehriban xanımın şəfqəti ilə zənginləşən bu siyasət, Azərbaycanı daha nurlu gələcəyə aparır. 2025-ci il amnistiyası gələcəyə olan böyük ümidin və inamın rəmzidir.
Əliqismət Səfərov
Suraxanı rayonu 318 №li tam orta məktəbin direktoru





