Advertisement

Beynəlxalq Enerji Agentliyi “İnsan yönümlü təmiz enerjiyə keçid” konfransı təşkil edəcək

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (IEA) aprelin 26-da Parisdə “İnsan
yönümlü təmiz enerjiyə keçid” qlobal konfrans-sammit təşkil
edəcək.

Trend bu
barədə agentliyə istinadən xəbər verir.

Sammitdə təmiz və ədalətli enerji keçidinin təmin olunması üçün
mühüm problemlər və imkanlar, o cümlədən, kadr məsələləri, sosial
və iqtisadi inkişaf, sosial inteqrasiya, gender bərabərliyi, eləcə
də, sözügedən proseslərdə dünya ictimaiyyətinin iştirakı nəzərdən
keçiriləcək.

“Konfransın işində bir sıra nazirlərin, nüfuzlu siyasətçilərin,
həmkarlar ittifaqlarının liderlərinin, enerji şirkətlərinin
nümayəndələrinin, gənclər və beynəlxalq ekspertlərin
nümayəndələrinin iştirakı gözlənilir. Onlar üçün ədalətli və
inklüziv enerji keçidinin əsasında duran mühüm sosial-iqtisadi
problemlər üzrə mühüm müzakirələrdə iştirak etmək imkanı
yaradılacaq”, – deyə IEA-nın məlumatında qeyd olunub.

Sessiyalarda müzakirə olunacaq məsələlər arasında əhalinin bütün
təbəqələri üçün maksimum fayda əldə etmək məqsədilə təmiz enerji
sahəsində strategiyanın hazırlanması, ekoloji cəhətdən təmiz
enerjiyə keçidə ictimai dəstək də yer alacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun