Advertisement

Bakıda “COP-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantı keçirilir

Bakı. Trend:

Bakıda “COP-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı
29-cu Ali Səviyyəli Toplantı keçirilir.

Trend xəbər verir ki, toplantının açılış mərasimində Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev,
BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa,
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom
Qebreyesus, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)
baş elmi işçisi İsmahane Elouafi, BMT Baş katibinin Sivilizasiyalar
Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos iştirak
edir.

Bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu
təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini
təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində
mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək
üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

Xəbər yenilənəcək